14:58 - 29.07.2025
29 iyul, Fineko/abc.az. Tarif riskləri ABŞ-a Hindistan istehsalı olan smartfonların tədarükünü 240% artırıb.
ABC.AZ xəbər verir ki, Hindistan 2025-ci ilin II rübünün nəticələrinə görə ABŞ-ın ən iri smartfon tədarükçüsü olmağı bacarıb.
Bu, tariflərin yaratdığı qeyri-müəyyənlik fonunda istehsal tədarük zəncirindəki Çindən uzaqlaşmanı əks etdirir.
2025-ci ilin II rübündə Hindistanda yığılan smartfonlar bu cihazların ABŞ-a idxalının 44%-ni təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü üzrə 13%-dən xeyli çoxdur.