Cənubi Koreya 2045-ci ilə qədər Ayda baza quracaq və Marsa missiya göndərəcək

11:29 - 24.07.2025


23 iyul, Fineko/abc.az. Koreya Aerokosmik Agentliyi (KASA) kosmik tədqiqat planını təqdim edib: 2045-ci ilə qədər Cənubi Koreya Ayda tədqiqat bazası qurmağı və Marsa missiya göndərməyi planlaşdırır. 

ABC.AZ xəbər verir ki, həmçinin Ay resurslarının hasilatı sahəsində inkişaflar, Günəşi müşahidə etmək üçün zondların işə salınması və dərin kosmik tədqiqatların genişləndirilməsi planlaşdırılır. Bu addımlar ölkənin kosmik sənayenin liderlərindən biri olmaq ambisiyalarını gücləndirir.