15:20 - 23.07.2025
23 iyul, Fineko/abc.az. Bütün bankların ani ödəniş sisteminin yeni versiyasına inteqrasiyası üzrə işlər aparılır.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankda faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında tənzimləyici qurumun İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
O bildirib ki, ölkə daxilində 40 min manatadək bütün ödənişlərin məhz bu sistem vasitəsilə aparılması planlaşdırılır.
Sədr bildirib ki, bu, xərclərin, yəni, əməliyyatın maya dəyərinin azaldılması deməkdir:
"Bu, böyük bir layihədir. Digər məsələ, oktyabr ayının sonunadək bütün banklar Az-QR standarta keçəcək. Bütün ödəniş qəbul olunan məntəqələrdə, sahibkarlara, istehlakçılara QR kodla ödəniş həyata keçiriləcək. Bu, kiçik və mikro sahibkarlar üçün böyük bir üstünlükdür. Biz Dövlət Vergi Xidməti ilə də danışırıq ki, artıq bahalı POS terminal yox, artıq QR la ödənişləri həyata keçirə bilsinlər".
T.Kazımov qeyd edib ki, hazırda ən böyük layihələrdən biri də ictimai nəqliyyatda ödənişlərin bütün kartlar vasitəsilə, həmçinin QR kod vasitəsilə də həyata keçirilməsi üzrədir.
"Bu da kart üzrə nağd əməliyyatların həcmini azaldacaq. Düşünürəm ki, bu layihələrin hər biri ilin sonunadək tamamlanacaq", - deyə sədr qeyd edib.
Müəllif: Elmir Murad
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026