Mərkəzi Bank bu sığorta şirkətinə məcburi göstəriş verdi

17:07 - 15.07.2025


15 iyul, Fineko/abc.az. Mərkəzi Bank “Atəşgah” Sığorta Şirkəti ASC-yə icrası məcburi sərəncam verib.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən “Atəşgah Sığorta” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “Atəşgah Sığorta” ASC-yə icrası məcburi sərəncam verilmişdir.