17:08 - 10.09.2026
10 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank faiz dəhlizinin parametrlərini ehtiyatlı mövqe tutaraq sabit saxlamaqda davam edir.
Qurum sonuncu dəfə cari ilin ilk iclasında uçot dərəcəsini 25 baza bəndi azaldaraq 6,5%-ə endirmiş, növbəti 4 iclasda isə faizlərə dəyməmişdir.
Qərarlar qəbul edilərkən təkcə inflyasiya dinamikası deyil, eyni zamanda valyuta bazarındakı vəziyyət və bank sistemindəki pul kütləsi nəzərə alınır.
Məlumat üçün bildirək ki, bank sektorunun struktur likvidlik profisiti iyun ayının sonuna 6 milyard manata çatıb ki, bu da 2025-ci ilin dekabr göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur.
AMB-nin faiz dəhlizi ilə bağlı növbəti addımı sentyabrın 23-də bəlli olacaq.
Baş bank növbəti qərarlarda inflyasiya proqnozlarını, valyuta bazarının hərəkətini və bank sektorundakı likvidlik dinamikasını əsas götürəcəyini bəyan edib.
İlin sonuna qədər AMB rəhbərliyinin faiz dərəcələri ilə bağlı qərar qəbul edəcəyi daha 3 iclası nəzərdə tutulub.
10 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026