Mərkəzi Bankın dollar alışı inflyasiyanı tətikləyə bilər?

16:31 - 10.09.2026


10 sentyabr, Fineko/abc.az. Mərkəzi Bankın valyuta bazarında dollar alaraq müdaxilə etməsi yalnız məzənnə siyasəti deyil, birbaşa pul-kredit siyasəti məsələsidir.

Bazardan dollar alındıqda maliyyə sisteminə eyni həcmdə manat kütləsi daxil olur.

Bank sistemində həddindən artıq manat likvidliyinin yaranması isə kreditləşməni artıraraq daxili tələbi və son nəticədə inflyasiyanı yüksəldə bilər.

Bu səbəbdən Mərkəzi Bank məzənnə sabitliyi ilə qiymət artımı arasında həssas bir tarazlıq qorumağa çalışır.