Tələbələrin köçürülməsi prosesinə start verilir

12:06 - 15.07.2025


15 iyul, Fineko/abc.az. Təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr üçün elektron sənəd qəbuluna başlanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” elektron xidmətinə daxil olaraq müraciət formasını doldurub təsdiqləməlidirlər.

Elektron müraciətlərin qəbulu iyulun 22-si saat 18:00-da başa çatacaq.