14:52 - 14.07.2025
14 iyul, Fineko/abc.az. Azərbaycanın ornitoloji turizm imkanları iyulun 11-dən başlayaraq Böyük Britaniyanın Rutland şəhərində keçirilən və bu gün başa çatacaq "Global Bird Fair” beynəlxalq quş müşahidəsi turizmi sərgisində təqdim olunub.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Sərgidə ziyarətçilərə Azərbaycanın ekoloji müxtəlifliyi, quş növləri, qorunan əraziləri, milli parkları və ekosistemlərinin həssas balansını qorumaq üçün görülən mühafizə tədbirləri barədə məlumat verilib.
Tədbir çərçivəsində, həmçinin bu sahədə fəaliyyət göstərən turoperatorlar, təşkilatlar və beynəlxalq ekspertlərlə əməkdaşlıq imkanları müzakirə edilib.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026