Tramp bəyanatını dəyişdi: İranla müharibə konqresə seçkilərdən əvvəl də bitə bilər

23:03 - 10.09.2026


10 Sentyabr, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişənin başa çatması müddəti ilə bağlı əvvəlki proqnozuna düzəliş edib.

O, hərbi əməliyyatların 3 noyabr tarixində keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən dərhal sonra deyil, hətta seçkilərə qədər də yekunlaşa biləcəyini bəyan edib.

"News Nation" telekanalına müsahibəsində Tramp İranın uzunmüddətli müqavimət gücünün tükəndiyini bildirib. Eyni zamanda ABŞ dövlət başçısı İranın İordaniyadakı amerikalı hərbi bazaya cavab zərbələri nəticəsində ABŞ hərbi təyyarələrinə zərər dəyməsi barədə yayılan xəbərləri təkzib edərək, heç bir itki və ya xəsarətin olmadığını vurğulayıb.