IMF-dən mərkəzi banklara çağırış: Qiymət sabitliyinə diqqət yetirilməlidir

23:01 - 10.09.2026


10 Sentyabr, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (IMF) 2022-ci ilin yaşayış bahalılığı böhranından sonra başlayan dezenflyasiya prosesinin durğunlaşdığını bildirərək, mərkəzi bankları qiymət sabitliyinə diqqəti davam etdirməyə çağırıb.

IMF sözçüsü Culi Kozak  bildirib ki, Yaxın Şərqdəki gərginliyə baxmayaraq, qlobal iqtisadiyyat 3%-lik artım trayektoriyasında qalır, lakin yüksək enerji qiymətləri və artan dövlət borcları risk yaradır.

Fonda görə, qlobal dövlət borcunun ÜDM-ə nisbəti 100%-ə yaxınlaşaraq İkinci Dünya Müharibəsindən bəri en yüksək səviyyəyə çatıb. Eyni zamanda, inkişaf etmiş ölkələrdə 10 illik istiqraz gəlirliliyinin yüksəlməsi qlobal borclanma xərclərini artırır. IMF 2026-cı il üçün qlobal inflyasiya proqnozunu 4,7%-ə qaldıraraq mərkəzi banklara sərt pul siyasətindən vaxtından əvvəl çəkinməməyi, hökumətlərə isə büdcə kəsirlərini azaltmaq üçün orta müddətli maliyyə konsolidasiyası planları hazırlamağı tövsiyə edib.