14:54 - 11.09.2026
11 sentyabr, Fineko/abc.az "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda Naxçıvanda həyata keçirilən yeni energetika layihələri barədə məlumat verib.
O qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhərinə doğru elektrik veriliş xəttinin layihələndirilməsi işləri tamamlanıb:
"Azərbaycan və Türkiyə arasında birbaşa elektrik əlaqəsini təmin edəcək çevirici yarımstansiyanın tikintisi üçün Naxçıvanda torpaq sahəsi ayrılıb.
TRIPP çərçivəsində inteqrasiya: TRIPP-in ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu") enerji komponenti Azərbaycanın əsas enerji sistemini Naxçıvan və Türkiyə ilə birləşdirəcək.
TEİAŞ ilə əməkdaşlıq: "AzərEnerji" və Türkiyənin TEİAŞ şirkəti bərpa olunan enerjinin sistemə inteqrasiyası, idarəetmə və təcrübə mübadiləsi sahəsində sıx əməkdaşlıq edir. Cəbrayıl-Ağbənd istiqamətindəki 74 kilometrlik (330 kV-luq) iki dövrəli elektrik xəttinin tikintisi başa çatmaq üzrədir".
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026