Ermənistan Rusiya telekanallarından imtina etmək istəyir 

18:07 - 1.07.2025


1 iyul, Fineko/abc.az. Ermənistan Rusiya telekanallarının yayımının dayandırılması ehtimalını dilə gətirib. 

ABC.AZ xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya telekanallarının ərazidə yayımının dayandırılması ehtimalı barədə danışıb.

Onun sözlərinə görə, yayım Rusiya-Ermənistan münasibətlərinə zərər vurur.
Simonyan əlavə edib ki, Rusiya dövlət telekanalları Ermənistanın daxili işlərinə qarışırlar. Spiker belə nəticəyə gəlib ki, ölkə rəhbərliyi buna reaksiya verməlidir.