10:37 - 30.06.2025
30 iyun Fineko/abc.az. Milyarder Uorren Baffet 6 milyard dollar dəyərində “Berkshire Hathaway” səhmlərini xeyriyyəyə bağışlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Reutres”də məqalə dərc edilib.
Sözügedən məqalədə qeyd edilib ki, bu onun illik ən böyük ianəsidir. Bildirilir ki, iyunun 27-də Baffet 5 xeyriyyə təşkilatına təxminən 12.36 milyon səhm bağışlayıb.
Belə ki, 9.43 milyon səhm Qeyts Fonduna, 943 min səhm Syuzan Tompson Baffet Fonduna və 660 min səhm övladları Hovard və Peter tərəfindən idarə olunan üç xeyriyyə təşkilatına bağışlanıb. Hazırda 94 yaşı olan Baffet 2006-cı ildə var-dövlətini bağışlamağa başlayıb. O vaxtdan bəri milyarder və investor təxminən 60 milyard dollar ianə edib.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026