“Azərtikintiservis”in ötən il mənfəəti 2 dəfəyə yaxın azalıb

15:17 - 25.06.2025


25 iyun, Fineko/abc.az. “Azərtikintiservis” ASC 2024-cü ili 2 249 manat mənfəətlə başa vurub. 2023-cü ildə şirkətin mənfəəti 4 006 manat olub ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın azalmadır.

ABC.AZ ASC-yə istinadən xəbər verir ki, ötən il “Azərtikinti Servis” ASC-nin əsas əməliyyat gəlirləri 37% artaraq 194 089 manat olub. Satışın maya dəyəri isə 136 542 manatdan 191 278 manata çatıb.

Xatırladaq ki, “Azərtikintiservis” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 263 014 manatdır və qanuni təmsilçisi Malik Həmidovdur.