12:13 - 25.06.2025
25 iyun, Fineko/abc.az. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, guya ölkədə hakimiyyəti ələ keçirmək cəhdinin qarşısını almaq mümkün olub.
ABC.AZ xəbər verir ki, Respublika İstintaq komitəsi "Müqəddəs mübarizə" hərəkatının liderlərini axtarır. İstintaqın versiyasına görə, arxiyepiskop Baqrat Qalstyanın rəhbərlik etdiyi bu hərəkatın tərəfdarları keçmiş hərbçilərdən və polislərdən ibarət 200-ə yaxın "zərbə" qrupu yaratmağı planlaşdırırdılar. Ehtimal edilir ki, onlar əvvəlcədən təyin olunmuş vaxtda ölkənin müxtəlif yaşayış məntəqələrində xaos yaradacaqdılar.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026