11:28 - 23.06.2025
23 iyun, Fineko/abc.az. ABŞ dövlət katibi Marko Rubio Çini İranla əlaqə saxlamağa və sonuncunu Hörmüz boğazını bağlamamağa inandırmağa çağırıb.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, marşrutun bağlanması bütün dünyada neftin qiymətinin kəskin artmasına səbəb olsa da, Rubionun fikrincə, İranın özü də bundan zərər görəcək:
"Bizim fəaliyyət variantlarımız var, amma digər ölkələr də buna diqqət yetirməlidirlər. Onların iqtisadiyyatı bizimkindən daha çox əziyyət çəkəcək. Pekindəki Çin hökumətini bu mövzuda onlarla əlaqə qurmağa çağırıram, çünki onlar Hörmüz boğazından keçən neft tədarükündən daha çox asılıdır", — deyə Rubio bildirib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026