16:33 - 20.06.2025
20 iyun, Fineko/abc.az. “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Qaraqalpaq investisiya blokunda birgə geoloji kəşfiyyat işlərinin aparılması imkanlarını öyrənir”.
ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib.
Onun sözlərinə görə, Özbəkistan ilə ikitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur.
Nazir yaxın vaxtlarda bu yataqla bağlı genişmiqyaslı işlərin başlanacağına ümid edir.
10 Avqust 2026