Nvidia yenidən kapitallaşma üzrə dünyanın ən böyük şirkəti oldu

10:14 - 4.06.2025


4 iyun, Fineko/abc.az. Nvidia bu həftə Microsoft-dan ötdü və 3,45 trilyon dollarlıq kapitallaşmaya çatdı. Bununla da ən bahalı publik şirkət oldu.

ABC.AZ xəbər verir ki, Microsoft-un geriləməsi minimum oldu — 3,44 trilyon dollar. Daha öncə Nvidia bu mövqeyi 24 yanvarda tutmuşdu.

Səhmlərin 3% artması ilk maliyyə rübü üçün uğurlu hesabatla bağlıdır. Ümumiyyətlə, yarımkeçirici bazarda yüksəliş var: Micron səhmləri 4 %, Broadcom yeni çipin təqdimatından sonra 3% artıb.