15:20 - 30.05.2025
30 may, Fineko/abc.az. 2025-ci ildə sosial şəbəkələrdən 5,24 milyard insan istifadə edir ki, bu da dünya əhalisinin 63,9%-ni təşkil edir.
ABC.AZ xəbər verir ki, böyüklər arasında bu rəqəm 86,1%-ə çatır. Gündəlik istifadənin orta müddəti 2 saat 21 dəqiqədir. Facebook (3,07 milyard) istifadəçi sayına görə lider olaraq qalır, ardınca YouTube, WhatsApp, İnstagram və TikTok gəlir.
BƏƏ sakinləri ayda orta hesabla 8,62 sosial şəbəkədən istifadə edərək ən aktivdirlər, Yaponiyada isə bu rəqəm cəmi 2,49 təşkil edir. BƏƏ-də əhalinin 100%-dən çoxu (təkrarlanan hesablar daxil olmaqla), Hindistanda isə yalnız 33,7% sosial şəbəkələrdən istifadə edir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026