SOCAR-a yaxın daha 2 şirkət yaradılıb

10:16 - 30.05.2025


30 may, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yaxın iki şirkət təsis edilib.

ABC.AZ xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən “SOCAR Zone I” və “SOCAR BTBK” MMC-lər dövlət qeydiyyatına alınıb.

Hər iki şirkət SOCAR-ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 ünvanında (SOCAR Tower), 1 000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib.

“SOCAR Zone I”ın direktoru Rəşad Bəxtiyev Zahir oğlu, “SOCAR BTBK” MMC-yə isə Fərhad İbadov İbad oğlu direktor təyin edilib.