“Azmaş Lizinq”-ın nizamnamə kapitalı azaldılır

16:19 - 26.05.2025


26 may, Fineko/abc.az. “Azmaş Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaldığını elan edir.

ABC.AZ xəbər verir ki, kreditorlar tələblərini hüquqi ünvana bildirə bilərlər.

“Azmaş Lizinq”in nizamnamə kapitalı 5 620 200 manat idi.

Xatırladaq ki, “Azmaş Lizinq” MMC 2019-cu ildə yaradılıb, qanuni təmsilçisi Fəridə Qaraxanovadır.