11:00 - 23.05.2025
23 may, Fineko/abc.az. Qarabağ və Şərqi Zəngəzur çox qısa dövr ərzində sıfır karbon emissiyası olan bir regiona çevriləcək.
Bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə məlumat verib.
Onun sözlərinə görə, hazırda Qarabağda yerləşən "Azərişıq" ASC-nin bütün yarımstansiyalarının dam örtüyündə günəş panelləri mövcuddur:
"Biz COP29-da elan etmişdik ki, Qarabağ və Şərqi Zəngəzur 100 % "yaşıl enerji" ilə təmin ediləcək. Hazırda "Azərişıq" ASC-nin bütün yarımstansiyalarının dam örtüyündə günəş panelləri var. Qarşısında dayandığımız Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksinin dam örtüyündə də 5 kilovata yaxın gücdə günəş panelləri quraşdırılıb. Demək olar ki, Qarabağ və Şərqi Zəngəzurun bütün hissələrində "yaşıl texnologiyalar"dan istifadə olunur". (Trend.az)
14 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026