Özbəkistanda müdafiə sahəsində innovativ texnologiyalar festivalı keçiriləcək

16:57 - 21.05.2025


21 may, Fineko/abc.az. Müdafiə sahəsində innovativ texnologiyalar Festivalı mayın 29-dan iyunun 1-dək Özbəkistan Müdafiə Nazirliyinin Daşkənd "Zəfər Parkı" kompleksinin ərazisində keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə mayın 21-də qurumun mətbuat xidməti məlumat verib.

"Festivalda müasir texnologiyalar, metallurgiya və kimya sənayesi istehsal edən zavod, müəssisə və təşkilatlar iştirak edəcək, həmçinin tekstil sənayesi müəssisələri öz ikili təyinatlı məhsulları ilə təmsil olunacaq", — deyə mətbuat xidməti bildirib.
Qeyd olunur ki, festival çərçivəsində robototexnika və modelləşdirmə texnologiyaları üzrə yarışlar və müsabiqələr keçiriləcək. Müsabiqədə forumun bütün iştirakçıları iştirak edəcəklər.