11:08 - 13.05.2025
13 may, Fineko/abc.az. ING Bank may ayının ortalarından etibarən Giro və Extra cari hesablarından gündəlik köçürmə məbləğinin €2000-dan artıq olmayacağını elan edib.
ABC.AZ xəbər verir ki, bu barədə Almaniyanın Münchner Merkur qəzeti yazıb.
Limit avtomatik olaraq tətbiq ediləcək və internet bankçılıq və mobil tətbiq vasitəsilə həyata keçirilən bütün köçürmələrə şamil olunacaq. Bank bu yeniliyi müştəriləri dələduzluq hallarından qorumaq məqsədilə tətbiq etdiyini bildirib.
Zərurət yarandıqda bu limit müvəqqəti olaraq – bir günlüyə və ya bir əməliyyat üçün artırıla bilər. Lakin yeni limitin aktivləşdirilməsi dörd saat sonra mümkün olacaq. Bank bu gecikməni müştərilərin təzyiq altında (məsələn, "şok zənglər" zamanı) tələsik köçürmələr etməsinin qarşısını almaq məqsədilə tətbiq edir.
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026