10:21 - 5.05.2025
5 may, Fineko/abc.az. Britaniyanın Shell şirkəti rəqibi olan British Petroleum (BP) şirkətini almaq imkanını dəyərləndirir və bu barədə ilkin məsləhətləşmələrə başlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Son həftələrdə müzakirələr daha fəal aparılır, lakin hələlik yekun qərar verilməyib. Shell həmçinin alternativ variantları, o cümlədən öz səhmlərinin geri alınmasını da nəzərdən keçirir. Qərar BP-nin səhmlərinin qiymət dinamikası və neftin bazar qiymətindən asılı olacaq.
BP hazırda investorların inam böhranı ilə üzləşir: son bir il ərzində şirkətin bazar dəyəri üçdə bir azalıb və hazırda £56 milyard təşkil edir. Müqayisə üçün qeyd edək ki, Shell-in bazar dəyəri £149 milyarddır. Bunun səbəbi kimi keçmiş baş direktor Bernard Looni dövründə həyata keçirilən uğursuz "yaşıl keçid" strategiyası və neft qiymətlərinin kəskin enməsi göstərilir.
Əgər bu sövdələşmə baş tutsa, Shell üçün bu, 2021-ci ildə Permian hövzəsindəki aktivlərini satdıqdan sonra ABŞ bazarına qayıtmaq imkanı ola bilər.
Shell şirkəti şərh verməkdən imtina etməyib, lakin əsas diqqəti daxili potensialın reallaşdırılmasına yönəltdiyini bildirib. BP isə vəziyyəti şərh etmir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026