16:40 - 2.05.2025
2 may, Fineko/abc.az. Azərbaycan Bolqarıstanla bu ölkənin qazlaşdırılmasını müzakirə edib.
Bu barədə ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, müzakirələr Azərbaycanın energetika naziri Pərviz Şahbazovun İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində Bolqarıstanın energetika naziri Jeço Stankov ilə keçirilən görüşdə aparılıb.
Görüşdə isə Azərbaycanla enerji sahəsində tərəfdaşlıqdan məmnunluq ifadə edilib. Bolqarıstanın enerjiyə tələbatının ödənilməsində əhəmiyyətli paya malik Azərbaycan təbii qazının ölkəyə faydalarından bəhs edilib. Türkiyə ilə sərhəddə interkonnektorun ötürücülük gücünün artırılması imkanları dəyərləndirilib.
Bolqarıstanda həyata keçirilən qazlaşdırma layihəsi üzrə irəliləyişlər nəzərdən keçirilib, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında “yaşıl enerji” infrastrukturunun qurulması prosesindən irəli gələn məsələlər müzakirə edilib.
Həmçinin bu ölkənin naziri iyunun 2-4-də Bakıda keçiriləcək “Enerji Həftəsi”ndə iştiraka dəvət edilib.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026