Neft qiymətləri ucuzlaşmadan sonra sabitləşib, Brent - $61,10 /barel

09:50 - 1.05.2025


1 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri aprelin 30-da baş verən kəskin ucuzlaşmadan sonra cümə axşamı keçirilən hərraclarda sabit qalıb.

ICE Futures birjasında iyul ayı üzrə Brent markalı neftin fyuçers qiyməti saat 09:30-a olan məlumata görə $0,04 (0,07%) artaraq 1 barel üçün $61,10 təşkil edib. 30 aprel tarixində keçirilən hərracların nəticəsinə əsasən, iyul fyuçersləri $2,22 (3,51%) ucuzlaşaraq 1 barel üçün $61,06 olub.

NYMEX əmtəə birjasında iyun ayı üzrə WTI markalı neftin fyuçersi isə saat 09:54-ə olan məlumata görə $0,02 (0,03%) azalaraq 1 barel üçün $58,19 olub. 30 aprel tarixində iyun fyuçersləri $2,21 (3,66%) ucuzlaşaraq $58,21 təşkil edib.

Aprel ayında Brent markalı neft 18,34%, WTI markalı neft isə 18,56% ucuzlaşıb.