11:27 - 30.04.2025
30 aprel, Fineko/abc.az. Dünya Bankı (DB) neftin qiyməti ilə bağlı proqnozunu endirib.
ABC.AZ xəbər verir ki, banka görə 2025-ci ildə Brent markalı neftin orta qiymətinin 64 ABŞ dolları/barel olacağı proqnozlaşdırılır.
Bu da 2024-cü illə müqayisədə təxminən 17 dollar azdır. 2026-cı ildə isə neftin orta qiymətinin 60 dollar/barel səviyyəsinə qədər aşağı düşəcəyi gözlənilir. Başqa sözlə, Dünya Bankı mart ayı ilə müqayisədə bu il üzrə neftin qiymət proqnozunu 8 dollar, 2026-cı il üzrə isə 11 dollar azaldıb. Belə ki, Bankın mart ayı üzrə proqnozu müvafiq olaraq 72 və 71 dollar təşkil edib.
Qeyd edilib ki, DB-nin yeni proqnozu artan ticarət gərginlikləri və yüksələn qeyri-müəyyənlik fonunda qlobal iqtisadi artımın zəifləməsi və bunun nəticəsində 2025 və 2026-cı illərdə qlobal neft tələbi artımının günlük təxminən 0,7 milyon barel səviyyəsinə enməsi əsas götürülərək hazırlanıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026