17:17 - 28.04.2025
28 aprel, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin, 80 illik Qələbə münasibətilə müvəqqəti atəşkəs elan edib.
ABC.AZ-ın məlumatına görə, Kreml mətbuat xidməti bununla bağlı açıqlama yayıb.
Putinin elan etdiyi atəşkəs 8 may saat 00:00-dan 11 may saat 00:00-a qədər qüvvədə olacaq. Bu müddət ərzində bütün döyüş əməliyyatları dayandırılacaq.
“Kreml hesab edir ki, Ukrayna tərəfi də bu nümunəyə əməl etməlidir” - deyə mətbuat xidməti bildirib.
Bu xəbərlərin fonunda, Moskva Birjasının indeksi 3050 bənd ətrafına yüksəlib. Saat 15:23-ə qədər bençmark indeksi 0,96% artaraq 3034,88 bənd göstəricisi ilə ticarət olunub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026