Post-sovet respublikasında Böyük Vətən müharibəsi veteranlarına 1,15 min dollar ödəniləcək

16:55 - 28.04.2025


28 aprel, Fineko/abc.az. Qırğızıstan Prezidenti Sadır Japarov respublikanın Böyük Vətən müharibəsi veteranlarına birdəfəlik 100 min qırğız somu (1,15 min dollar) məbləğində ödəniş olunması barədə fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Prezidentin bu qərarı 1941–1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin bəşəriyyət tarixində əhəmiyyətini nəzərə alaraq, həmçinin Qələbənin 80 illik yubileyi münasibətilə qəbul edilib.