11:50 - 28.04.2025
28 aprel, Fineko/abc.az. Azərbaycanda bank olmayan kredit təşkilatları sektorunda qeyri-faiz gəlirləri son bir ildə 16.88 mln. manatdan 65.8 mln. manata yüksəlməklə illik 48.92 mln. manat (+289.6%) artım göstərib.
ABC.AZ xəbər verir ki, qeyri-faiz xərcləri isə illik 13.504 mln. manat (+47.0%) artımla 42.2 mln. manat olub.
BOKT-lər ilk rübdə 63.42 mln. manat əməliyyat mənfəəti əldə ediblər ki, bu da illik 21.538 mln. manat (+51.4%) artımdır. Bununla belə 93.36 mln. manatlıq problemli kreditlər üzrə ehtiyat ayırması nəticəsində BOKT-lər ilk rübü 31.62 mln. manat zərər ediblər. Halbuki, keçən il onların 32.89 mln. manat xalis mənfəəti vardı.