12:04 - 25.04.2025
25 aprel, Fineko/abc.az. 2025-ci ilin fevral ayı üzrə aparılmış monitorinq zamanı 5 audit şirkətinin pozuntulara yol verdiyi aşkarlanıb.
Auditorlar Palatasından (AP) ABC.AZ-a bildirilib ki, monitorinq zamanı “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədlər”inə 5 auditor təşkilatı tərəfindən qeydiyyata alınmış 8 müqaviləyə əsasən əməl edilmədiyi müəyyən edilib.
Belə ki, “AF Audit” MMC, “Analitik-Audit Konsaltinq” MMC, “Forum” MMAM, “Flex Audit” MMC və “Prime Audit and Consulting” MMC göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədlərinə əməl etməyib.
“AF Audit” minimum həd tələbi 12 min manat olduğu halda müqaviləni 6 min manata, “Analitik-Audit Konsaltinq” minimum həd 11 min manat olduğu halda 7 min manata, “Forum” MMAM 16 629 manat olduğu halda 6 min manata, “Flex Audit” 6978 manat olduğu halda müqaviləni 5913 manata rəsmiləşdirib.
Məlumata görə, “Forum” MMAM Palatanın izahat tələbinə məhəl qoymayıb, digər dörd şirkət isə məsələ ilə bağlı izahat verib. Bununla bağlı sözügedən dörd şirkətə şifahi xəbərdarlıq, “Forum” MMAM şirkətinin rəhbəri Səttar Aydın Səttar oğluna isə töhmət elan ediləcəyi bildirilib.
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026