14:35 - 24.04.2025
24 aprel, Fineko/abc.az. Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə neft məhsullarının daşınmasını nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Emil Məmmədov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Nəqliyyatı Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın neft sahəsində mövcud infrastrukturu ölkəni həm xam neftin, həm də neft məhsullarının istehsalı və tədarükündə regionun əsas oyunçularından birinə çevirib:
“Azərbaycan Dəmir Yolları” bu baxımdan mühüm rola malikdir. Son illərdə şirkət məhsulların Azərbaycandan daşınması və ölkə üzərindən tranziti ilə bağlı əhəmiyyətli təşəbbüslər həyata keçirib”.
E. Məmmədov qeyd edib ki, BTQ dəmir yolu hazırda əsasən digər yüklərin daşınmasında istifadə olunsa da, neft məhsullarının bu marşrutla tədarükü də nəzərdən keçirilir:
“Doğrudur, hələlik BTQ vasitəsilə neft məhsulları daşınmır. Amma bu istiqamətdə imkanları qiymətləndiririk”. (Report)
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026