12:01 - 16.04.2025
16 aprel, Fineko/abc.az. “Premium Bank” ASC 2025-ci ilin ilk üç ayında 1.58 milyon manat xalis mənfəət əldə edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38.4% azdır. Halbuki, 2024-cü ilin I rübündə xalis mənfəət 2.57 mln. manat olmuşdu.
ABC.AZ xəbər verir ki, bu Bankın hesabatında öz əksini tapıb.
Sözügedən hesabatda qeyd edilib ki, 2025-ci ilin I rübündə bankın ümumi faiz gəlirləri 8.85 milyon manat təşkil edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12.9% artım deməkdir.
Artım əsasən müştərilərə verilmiş kreditlərdən gələn faiz gəlirlərinin 7.72 mln. manata çatması ilə bağlıdır. Faiz xərcləri isə demək olar ki, dəyişməyərək 2.88 milyon manat səviyyəsində qalıb. Bununla belə, bankın qeyri-faiz gəlirləri 21.2% azalma ilə 2.99 milyon manat olub. Beləliklə, bankın cəmi gəlirləri ilk rübdə cüzi artımla 11.85 mln. manat olub.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026