İstanbulda Rusiya və ABŞ-ın məsləhətləşmələri başa çatıb

17:08 - 10.04.2025


10 aprel, Fineko/abc.az. Rusiya və ABŞ-ın İstanbuldakı səfirliklərin işinin normallaşdırılması ilə bağlı məsləhətləşmələri başa çatıb, görüş təxminən altı saat davam edib.

ABC.AZ xəbər verir ki,  görüş mətbuat açıqlamaları olmadan başa çatıb.

Danışıqların nəticələrinin daha sonra iki ölkənin xarici siyasət qurumlarının xətti ilə yekunlaşdırılması gözlənilir.

Rusiya Federasiyasının nümayəndə heyətinə yenidən Vaşinqtondakı səfir Aleksandr Darçiyev (fevral ayında Xarici İşlər Nazirliyinin Şimali Atlantika departamentinin direktoru vəzifəsində çalışıb), ABŞ nümayəndə heyətinə dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.