14:32 - 19.03.2025
19 mart, Fineko/abc.az. Türkiyəli politoloq Engin Özer Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla telefon danışığının tarixi olduğunu bildirib.
ABC.AZ xəbər verir ki, ekspertin sözlərinə görə, Ukrayna münaqişəsi zamanı tam atəşkəs haqqında "danışmağa ehtiyac yoxdur", lakin enerji obyektlərinə qarşılıqlı hücumların dayandırılması planlaşdırıldığı üçün 30 günlük razılaşma fikri qismən həyata keçiriləcək.
Özer, "pərdə arxasındakı məlumatlara" görə, tərəflərin enerji sahəsində əməkdaşlığı da müzakirə etdiklərini deyib.
Politoloqun fikrincə, söhbət "Avropanın təhlükəsizlik arxitekturasını Rusiyanın xeyrinə kökündən dəyişdirdi".
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026