“SOCAR Midstream Operations” ikiyə bölündü

14:16 - 17.03.2025


17 mart, Fineko/abc.az. “SOCAR Midstream Operations” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “SMO”) ondan “SOCAR Midstream Gas Operations” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “SMGO”) ayrılması formasında yenidən təşkil olunduğunu bildirir.

ABC.AZ xəbər verir ki, yenidən təşkil nəticəsində SMO-nun nizamnamə kapitalı 59501000 AZN məbləğindən 1000 AZN məbləğinə azaldılmış, onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq SMGO-ya ötürülmüşdür.