İki ayda yeni nəsil nəzarət-kassa aparatları ilə aparılan dövriyyə 9,7 faiz artıb

12:29 - 11.03.2025


11 mart, Fineko/abc.az. 2025-ci ilin yanvar-fevral aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 3 milyard 908,2 milyon manat təşkil edib.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a bildirilib ki, bu göstəricinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 345,4 milyon manatdan və ya 9,7%-dən çoxdur.

İndiyədək ölkə ərazisində 104.995 ədəd yeni nəsil NKA quraşdırılıb.