Şimal dənizində MC Stena Immaculate tankerində yanğın baş verib

17:50 - 10.03.2025


10 mart, Fineko/abc.az. Böyük Britaniya sahillərində Şimal dənizində MC Stena Immaculate neft tankeri alovlanıb.  

ABC.AZ xəbər verir ki, Britaniya Sahil Mühafizəsinin məlumatına görə, yanğın gəminin Solong konteyner gəmisini zərbəsindən sonra baş verib.

The Mirror-un məlumatına görə, tanker ABŞ bayrağı altında, konteyner gəmisi Portuqaliya bayrağı altında üzürdü. MC Stena Immaculate Humber çayının ağzında lövbər salmışdı. Onun rezervuarında aviayanacaq var idi. Qəzanın nəticələrini aradan qaldırmaq üçün sahil mühafizəsi təyyarəsi və yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş gəmilər də daxil olmaqla xilasetmə qrupu göndərilmişdir.