Tramp Xameneiyə İranın nüvə proqramını müzakirə etmək üçün məktub göndərib 

19:16 - 7.03.2025


7 mart, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp İranın Ali Rəhbəri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmağı təklif edib. 

ABC.AZ xəbər verir ki, Ağ Ev rəhbəri Tehranın Vaşinqtonla danışıqlara gedəcəyinə ümid etdiyini bildirib.

“Cümə axşamı İran liderinə məktub göndərdim, İranla müqavilə bağlamaq istərdim. Mən dedim ki, ümid edirəm ki, o, danışıqlar aparacaq, çünki bu, İran üçün daha yaxşı olacaq”, — deyə Tramp qeyd edib.