Qazaxıstan 2025-ci ilin fevral ayında Almaniyaya 100 min ton neft tədarük edib

17:17 - 7.03.2025


7 mart, Fineko/abc.az. Qazaxıstan neftinin Almaniyaya “Drujba” magistral neft kəmərləri (MNP) sistemi ilə nəqlinin həcmi 2025-ci ilin fevral ayında 100 min ton təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayından 21% aşağıdır.

ABC.AZ xəbər verir ki, bu barədə “Kaztransoyl” mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətinin məlumatına görə, 2025-ci ilin fevral ayında Qazaxıstan neftinin Transneft şirkətinin MNP sistemi ilə Adamov zastavasının qəbul və çatdırılma məntəqəsi istiqamətində daha sonra Almaniyaya çatdırılması üçün nəqlinin həcmi 100 min ton təşkil etmişdir.

2025-ci ilin yanvarında Qazaxıstan neftinin Almaniyaya nəqlinin həcmi 127 min ton təşkil edib.