Çin ABŞ kənd təsərrüfatı məhsullarına 10-15% rüsumu tətbiq edir

11:42 - 4.03.2025


4 mart, Fineko/abc.az. Çin martın 10-dan ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab olaraq Amerika kənd təsərrüfatı məhsullarına 10-15% əlavə rüsum tətbiq edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə ÇXR Ticarət Nazirliyi məlumat verib.

ABŞ-dan toyuq, buğda, qarğıdalı və pambıq tədarükünə əlavə 15% rüsum tətbiq ediləcək. Sorqo, soya, donuz əti, mal əti, su məhsulları, meyvə, tərəvəz və süd məhsullarına 10% əlavə rüsum tətbiq olunur.

Tariflər üzrə Komissiyanın dərc etdiyi siyahıda əmtəə nomenklaturasının 711 adda məhsul var. Qeyd olunur ki, cari tarif dərəcələri əsasında yeni rüsumlar tutulacaq. "ABŞ rüsumlarının birtərəfli tətbiqi çoxtərəfli ticarət sisteminə zərər vurur, Amerika şirkətlərinə və istehlakçılarına yükü artırır və Çin ilə ABŞ arasında ticarət və iqtisadi əməkdaşlığın əsasını sarsıdır", — deyə Komissiyada bildiriblər.