İndiyədək İKZF 3 milyard 362,336 milyon manat kredit verib

12:29 - 3.03.2025


3 mart, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 53 014 borcalana 3 milyard 362,336 milyon manat kredit verib.

ABC.AZ xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 549,443 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 6 720 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.