DOGE məmurların pensiya sistemini modernləşdirəcək

11:01 - 28.02.2025


28 fevral, Fineko/abc.az. Airbnb qısamüddətli kirayə xidmətinin həmtəsisçisi, İlon Maskın ABŞ hökumətinin səmərəliliyinin artırılması İdarəsində (DOGE) vəzifə tutan Co Gebbia, vəzifəsində dövlət qulluqçularının köhnəlmiş pensiya sistemini modernləşdirəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Gebbia X şəbəkəsində yazıb.

Ölkənin Federal idarələrini kadrlarla təmin edən ABŞ kadr Xidməti İdarəsi də bir həftə əvvəl ABŞ Prezident Administrasiyasının məmurların pensiya prosesini tam rəqəmsal formata keçirmək vəzifəsini qoyduğunu demişdi.

Amerikanın TechCrunch texnologiya portalının qeyd etdiyi kimi, hazırkı kağız pensiya proseduru 90 günə qədər davam edə bilər ki, bu da işdən çıxan məmurlar üçün çətinliklər yaradır.