"Nəsiriyyə" neft layihəsinin birgə inkişafı müzakirə olunur

11:52 - 27.02.2025


27 fevral, Fineko/abc.az. Rusiya İraqla birlikdə Rusiya tərəfinin "Nəsiriyyə" layihəsində iştirakını müzakirə edir.

ABC.AZ xəbər verir ki, bu barədə RF Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Tərəflər artıq 10 ildən çoxdur ki, əməkdaşlıq edirlər. Neft-qaz sahəsində İraq və Rusiya "Qərbi Kurna-2", "Badra" və "Blok 12" layihələrini həyata keçirirlər. Hazırkı mərhələdə "Nəsiriyyə" layihəsi müzakirə olunur.

Bundan başqa, Rusiya İraqda hidroenergetika layihələrində iştirakı nəzərdən keçirir.