Neft bahalaşır, Brent bir barelə $72,75 təşkil edir

09:30 - 27.02.2025


27 fevral, Fineko/abc.az. Cümə axşamı hərracda etalon markaların qiyməti yüksəlir.

Brent markalı neftin aprel fyuçersi ICE Futures birjasında saat 09:28-də $0,22 (0,30%) artaraq bir barelə $72,75-a yüksəlib. Fevralın 26-da keçirilən hərracların nəticələrinə görə, Brent-in aprel fyuçersləri $0,49 (0,67%) azalaraq bir barelə $72,53-a enib.

NYMEX əmtəə birjasının ticarətində WTI markalı neftin aprel fyuçersləri saat 09:28-də $0,14 (0,20%) artaraq bir barelə $68,76-a yüksəlib. 26 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin aprel fyuçersləri $0,31 (0,45%) ucuzlaşaraq bir barelə $68,62-a düşüb.