“Peyk Zavodu” MMC-nin dövlətə bu qədər borcu var

11:13 - 17.02.2025


17 fevral, Fineko/abc.az. “Peyk Zavodu” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ Dövlət Vergi Xidmətinin məlumat bazasına istinadən xəbər verir ki, “Peyk Zavodu” MMC-nin vergi borcu 1 901 996.16 manatdır. Bu vergi borcu 16.02.2024-cü il tarixinə olan məlumatdır.

Qeyd edək ki, "Peyk Zavodu" MMC 5 noyabr 1996-cı ildə yaradılıb. MMC 1 milyon 765 min 578 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Məhəbbət Hümbətov Şəmşəd oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Davud Aslan ev 6 ünvanıdır.

Çoxlaylı çap lövhələri istehsal edən PEYK zavodu 1993-cü ildə Fransanın M.U.P. İndustrie G.İ.E. konsorsiumunun iştirakı ilə tikilib.