14:19 - 12.02.2025
12 fevral, Fineko/abc.az. "Fitch" 2024-cü ildə yeni qaz hasilatının, xüsusilə də “Azəri Şərqi Mərkəzi” layihəsinin işə düşməsi ilə bu azalma tempinin 2025-2028-ci illərdə illik 2-3% səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu “Fitch Ratings”in baş direktoru və suveren reytinqlər qrupunun inkişaf etməkdə olan Avropa ölkələri üzrə rəhbəri Erik Arispe (Erich Arispe) deyib.
O bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi yalnız dövlət maliyyəsi və ixrac məsələləri ilə məhdudlaşmır, eyni zamanda ümumi iqtisadi artımı da əhatə edir. Bir neçə ildir ki, enerji sektorunda azalma ümumi iqtisadi artıma mane olan faktor olub. Lakin 2024-cü ildə müşahidə olunan sabitləşmə və ya neft hasilatındakı azalmanın yavaşlaması ümumi iqtisadi perspektivlərə müsbət təsir göstərə bilər.
"Əsas çağırış isə orta müddətli dövrdə hansı yeni inkişafların həyata keçirilə biləcəyi ilə bağlıdır. Qaz sektorunda isə gələcək artım əsasən Avropa İttifaqına ixrac imkanlarının genişləndirilməsindən asılıdır. Bunun üçün isə uzunmüddətli müqavilələrin bağlanması vacibdir. Həmin müqavilələr yeni qaz yataqlarının işlənməsi, hasilat gücünün artırılması və nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün əsas şərtlərdən biridir"- Erik Arispe əlavə edib. (APA)
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026