Neft bahalaşmağa davam edir, Brent-bir barelə $76,15 təşkil edir

09:25 - 11.02.2025


11 fevral, Fineko/abc.az. Çərşənbə axşamı ticarətində etalon markaların qiyməti artmağa davam edir.

Brent markalı neftin aprel fyuçersləri ICE Futures birjasında saat 09:24-də  $0,28 (0,37%) artaraq bir barel üçün $76,15-a yüksəldi. Fevralın 10 - da keçirilən hərracların nəticələrinə görə, Brent-in aprel neft fyuçersləri $1,21 (1,62%) artaraq bir barel üçün $75,87-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin mart fyuçersləri saat 09: 24-də $0,23 (0,32%) artaraq bir barel üçün $72,55-a yüksəldi. 10 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçersləri $1,32 (1,86%) artaraq bir barel üçün $72,32-a yüksəldi.