Walt Disney şirkətinin rüblük qazancı üçdə bir artdı

17:35 - 5.02.2025


5 fevral, Fineko/abc.az. Dünyanın ən iri əyləncə və media şirkəti olan ABŞ-ın “Walt Disney Co.” şirkəti birinci maliyyə rübündə xalis gəliri 34%, qazancı isə 5% artırıb.

ABC.AZ xəbər verir ki, Disneyin press-relizində deyilir ki, 28 dekabr 2024-cü ildə başa çatan rübün yekunları üzrə xalis mənfəət əvvəlki ilin müqayisəli dövrü üzrə 1,91 milyard dollar ilə müqayisədə 2,55 milyard dollar təşkil edib. Səhm başına qazanc 1,4 dollardan 1,04 dollara yüksəlib. Birdəfəlik amillər nəzərə alınmadan mənfəət 44% artaraq səhm başına 1,76 dollara yüksəldi və bu, FactSet-də sorğu edilən analitiklərin səhm başına 1,45 dollar orta proqnozundan xeyli yaxşı olub.

Disneyin rüblük gəliri 5% artaraq 24,7 milyard dollara çatıb və ekspert konsensus proqnozunu (24,67 milyard dollar) üstələyib.